Tramp-Erdoğan zirvə görüşü Nyu-Yorkda baş tutacaqmı?

Baxış sayı:
1591

Hər il olduğu kimi Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 25 sentyabrda toplanır.
 
Prezident Ərdoğanın son anda bir dəyişiklik olmasa, 23 sentyabrda Nyu-Yorkda olması və 27-sinə qədər burada qalması gözlənilir.
Baş Assambleyada çıxış edəcək və Birləşmiş Millətlərin quruluşu və Suriya mövzusunda əhəmiyyətli mesajlar verəcək.
 Prezident Tramp da baş Assambleya üçün Nyu-Yorka gələcək.
 Trampla Ərdoğanın görüşüb, görüşməyəcəyi hələlik məlum deyil.
Bunun olması üçün vasitəçilər iki istiqamətdən işi davam etdirirlər, ancaq Amerika tərəfi indidən bir görüşün müəyyən edilməsi üçün uyğun havanın olmadğını qeyd edir.
Prezident Trampın belə bir görüşün olmasını arzu etdiyi bilinir.
Ancaq ətrafındakılar, başda da milli təhlükəsizlik müşaviri Con Bolton, yeni bir görüş olmasına qarşıdır.
İki tərəfdən də prezidentlərin görüşünün iki ölkə əlaqələrinin gələcəyini xilas edilməsi yönündə vacib olduğunu düşünənlər var. Məsələn, Türkiyə haqqında həlledici bir hesabat yazmaqda olan Amerika Müdafiə Nazirliyi bunu qəti dəstəkləyir. Bu üzdən iki prezidentin Nyu-Yorkda eyni dam altında sanki təsadüfmüş kimi görüşmələrinin ehtimalı hələ də var.
 
BOLTON NƏYƏ GÖRƏ ƏLEYHİNƏDİR?
 
Trampın Milli Təhlükəsizlik müşaviri Con Bolton, Vaşinqtonda, bir müddətdir Türkiyə səfiri Sərdar Kılıçla görüşü haqqında yaxın ətrafına belə deyib:
 "Səfir Kılıç görüş istəyəndə mən Türkiyədən yeni bir təklif gələcəyini güman etdim və dərhal vaxt təyin olundu. Çox isti mühitdə başladı görüşümüz, amma sonra baxdım ki, Türkiyə yeni bir şey söyləmək əvəzinə, bildiyimiz, daha əvvəl eşitdiyimiz tələblərini genişləndirərək yeniləyir, sadəcə. Bu üzdən görüşdə gediləcək yol qalmır, bizlər keşiş Brunson məsələsində bir addım atılmasını istəyirik. Türklər isə bir çox fərqli tələblər irəli sürürlər. Dolayısıyla hamı eyni çıxılmaz dairəyə daxil olacaqsa, o zaman yeni görüşlərin də olmasına məncə, ehtiyac yoxdur".
Belə anlaşılır ki, Amerika rəhbərliyi hazırda keşiş Brunson məsələsində bir addım atılmadığı təqdirdə digər məsələlərin müzakirəsinə keçmək istəmir.
 
ƏSAS PROBLEM
 
ABŞ-dakı mənbələrə görə, bu günə qədər iki ölkə arasında bir arxa qapı diplomatiyası yolu fəal şəkildə açılmadığından iki tərəf də rəsmən tutduqları mövqelər ucbatından kilidlənmiş vəziyyətdədir.
Arxa qapı diplomatiyasında rəsmi bir vəzifəsi olmayan, amma təsirli olan bəzi vasitəçilər iki tərəfin rəsmən demədiyi şeyləri də söyləyərək bir anlaşmanın yaranması yolunu aça bilər.
Son dövrdə bunun olmamasından dolayı iki tərəf də qarşılıqlı rəsmi sərt açıqlamalara gedincə, bu anda gəlinən nöqtədə kimsə geri addım olaraq şərh olunacaq bir addım atmır.
İki prezident bir görüş olmasının vacib olduğunu düşünsələr də, hazırda prosesin başlaması üçün kimin ilk addım atacağı bəlli deyil. Hər iki tərəf ilk addım atmağın bir zəiflik göstəricisi kimi şərh olunmasından çəkinir. Sadəcə bu sadə səbəbdən Türk-Amerika əlaqələrinin gələcəyini xilas edəcək çox əhəmiyyətli bir görüşün olmaması ehtimalı da təəssüf ki var.
 
Sərdar Turgut - Habertürk
Tərcümə etdi: Müxalifət.az