Tramp dünyanı yeni BÖHRANA SÜRÜKLƏYƏCƏK! GÖSTƏRİŞ VERDİ

Baxış sayı:
6805

ABŞ prezidenti Donald Tramp, idxal avtomobil və avtomobil hissələrinin ölkəsinin milli təhlükəsizliyini təhdid edib etmədiyinin araşdırılması göstərişini verib. ABŞ Ticarət Nazirliyi tərəfindən aparılacaq araşdırmanın, idxal avtomobil və avtomobil hissələrinə gömrük vergiləri gətirilməsinə səbəb ola biləcəyi bildirilib.
 
Tramp, yazılı açıqlamasında, ABŞ-ın ticarət naziri Wilbur Rossun idxal avtomobil və avtomobil hissələrinin ölkənin milli təhlükəsizliyinə yönəlik təsirlərinin araşdırılmasını istədiyini bildirib.
Tramp bunları qeyd edib:
"Ticarət naziri Wilbur Ross ilə avtomobil sənayemizin son vəziyyətini müzakirə etmək üçün bu gün görüşdüm. Nazir Ross yük maşınıları da daxil olmaqla, idxal avtomobillərin və avtomobil hissələrinin Amerikanın milli təhlükəsizliyinə təsirlərini, 232-ci maddə çərçivəsində araşdırılması göstərişini verdim. Avtomobil və avtomobil hissələri kimi əsas sənayelər millətimizin müqaviməti üçün kritik əhəmiyyət daşıyır".
Xatırladaq ki, bundan öncə də Tramp, polad və aliminiumun idxalına gömrük rüsumunu artırmış və bu da qlobal ticarət tərəfdaşları arasında böhran yaratmışdı.
Müxalifət.az