​Tramp daha bir nəfərin vəzifədən gedəcəyini açıqladı

Baxış sayı:
2656

ABŞ Prezidenti Donald Tramp Daxili İşlər naziri Rayan Zinkenin ilin sonunda vəzifədən geəcəyini açıqlayıb. Muxalifet.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə şəxsi Tvitter səhifəsində yazıb. O, iki il vəzifədə olduğu müddətdə gördüyü işlərə görə Zinkeyə təşəkkürünü bildirib. Tramp Zinkenin yerinə kimin təyin ediləcəyini isə gələn həftə açıqlayacağını qeyd edib. Qeyd edək ki, D.Tramp bundan əvvəl Ağ Evin aparat rəhbəri Con Kellinin ilin sonuna kimi istefaya gedəcəyini açıqlamışdı.