Tramp Çini hədələdi: Əgər görüşməsək onda...

Baxış sayı:
12778

Ağ Evdə mətbuata açıqlama verən ABŞ prezidenti Donald Tramp iyunun sonunda keçiriləcək G-20 zirvəsində Çin lideri Şi Cinping ilə görüşmədikləri təqdirdə Çinə daha çox gömrük vergisi tətbiq edəcəyini deyib.
 
Ağ Evdə jurnalistlərə açıqlama verən Donald Tramp, Çindən idxal edilən 300 milyard dollar dəyərindəki məhsula 25 faiz və ya 25 faizdən daha çox gömrük vergisi tətbiq edəcəyini açıqlayıb.
Donald Tramp verdiyi açıqlamada, Şi Cinpingin 28-29 iyun tarixlərində Yaponiyanın Osaka şəhərində keçriləcək G-20 sammitinə qatılmasına ümid etdiyini söyləyib.
Tramp görüşün olmadığı təqdirdə vergilərin artırılacağını bəyan edib.
Müxalifət.az