​Tramp Britaniya səfərini ləğv etdi – SƏBƏB

Baxış sayı:
933

ABŞ Prezidenti Donald Tramp fevralda baş tutması gözlənilən Britaniya səfərini ləğv edib.
Muxalifət.az xəbər verir ki, buna səbəb ABŞ liderinin Britaniyada görüşlərin təşkilindən narazı qalması olub. Hələlik yeni səfər tarixi açıqlanmayıb.
Qeyd edək ki, bundan öncə Britaniyanın bir sıra rəsmiləri ABŞ prezidentinin Londona səfərini tənqid ediblər. Buna səbəb kimi Trampın antimüsəlman çıxışları göstərilib.