Tramp Baydenin andiçməsinə qatılmayacaq

Baxış sayı:
823

ABŞ-ın hazırkı prezidenti Donald Tramp yeni seçilən prezident Co Baydenin andiçmə mərasiminə qatılmayacaq.

Müxalifet.az ın  xarici KİV-lərinə istinadən bildirir ki, bu barədə Tramp Tvitter hesabında paylaşım edib.

"Maraqlananlar üçün bildirim ki, 20 yanvarda baş tutacaq mərasimə qatılmayacağam”, - Tramp qeyd edib.

Qeyd edək ki, 20 yanvar 2021-cildə Vaşinqtonda Baydenin inauqurasiya mərasimi baş tutacaq.