Tramp Bakıdan donos yazan diplomata VƏZİFƏ VERİR

Baxış sayı:
523

Donald Tramp ABŞ-ın Qığızıstandakı səfiri vəzifəsinə Donald Lunu təyin edəcək.
Muxalifət.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında xəbər verilib.
Donald Lu Azərbaycan üçün tanış simadır. O, bir müddət ABŞ-ın Bakıdakı səfirliyində müvəqqəti işlər vəkili kimi çalışıb. Amma Bakıda təkcə müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərməyib. Diplomat həm də Bakıdan və hakimiyyətdən ABŞ Dövlət Departamentinə “donoslar” yazıb. Onun yazdıqları isə “Wikileaks” saytında yayıldıqdan sonra Donald Lu Bakıda “arzuolunmaz” şəxs kimi qiymətləndirilib. Bakıdan sonra isə Albaniyaya səfir tətin olunub.
Lu rus, gürcü, Azərbaycan, urdu, hindi və qərbi Afrikanın krio dillərində sərbəst danışır.