“Tramp axmaq siyasət yürüdür” – “Wall Street Journal”

Baxış sayı:
9202

“Wall Street Journal” qəzetinin Yayım Şurasının qələmə aldığı "Tramp axmaq siyasət yürüdür" başlıqlı yazıda, ABŞ prezidentinin jurnalist Camal Qaşıqçı qətlinə münasibətini və Səudiyyə Ərəbistanına verdiyi dəstəyi şərh edib.
 
Trampın, Qaşıqçı cinayətinə dair srağagün etdiyi açıqlamada, "Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanın cinayətdən xəbərdar olması ola da bilər, olmaya da bilər" İfadəsinə istinad edilərək, "Buradakı qeyri müəyyənliyin məqsədini çözə bilmədik, eynilə çiy və primitiv xarici siyasətdəki qeyri müəyyənlik kimi" deyə qeyd edilib məqalədə.
Yazıda, Trampın açıqlamasında Yaxın Şərqdəki "qanlı həqiqətlərə" işarə etdiyi bildirilərək, "Tramp, açıq şəkildə görünən gerçəklik ilə Amerika idealizmi arasında bir balans qura bilmədiyi görünür" deyə bildirilib.
 
Trampın da xarici siyasət üçün ölkə içində müttəfiqlərə ehtiyacı var
 
Donald Trampın ötən il Səudiyyə Ərəbistanı ziyarətində əldə etdiyi 450 milyard dollarlıq ticarət anlaşmasından sonra Qaşıqçı cinayətinə dair belə bir bəyanat verdiyinə işarə edilən yazıda,"Trampın baxış prizmasından baxsaq, ABŞ-ın Yaxın Şərqdəki maraqları, silah satışı, neft və İran kimi görünə bilər. Amma bu, axmaq bir şeydir, deyəcək başqa söz də yoxdur" deyə şərh edilib.
Qətər və Yəmən kimi mövzularda olduğu kimi, Məhəmməd bin Salmanın ABŞ-ın Yaxın Şərqdəki maraqlarını zaman zaman çətinə saldığına işarə edilən yazıda, "Qaşıqçı cinayətinə yol verməmiş olsa belə, şahzadə Məhəmmədin Qaşıqçı-nın qaçırılıb, Səudiyyə Ərəbistanına gətiriləcəyini bildiyi birmənalıdır" fikri qeyd olunub.
ABŞ-ın dövlət katibi Mayk Pompeo və Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Boltonun Qaşıqçı məsələsində daha sərt mesajlar verməsinə ümid edildiyi vurğulanan məqalə bu sözlərlə sona çatıb:
“Hər prezident kimi, Trampın da zaman zaman çətin seçimlər tələb edən xarici siyasət üçün ölkə içində müttəfiqlərə ehtiyacı var, ancaq (Qaşıqçı cinayətinə dair) verdiyi son açıqlama ilə Tramp, senator Lindsey Qrehem və yeni seçilən senator Mitt Romney kimi, Yaxın Şərq siyasətinin dəstəkçiləri ilə belə tərs düşdü".
 
Trampdan təpki çəkən Qaşıqçı açıqlaması
 
Jurnalist Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbul Konsulluğunda öldürülməsindən bu yana cinayət məsələsində Səudiyyə rəhbərliyinə dəstək çıxan Tramp, srağagün etdiyi yazılı açıqlamada, Səudiyyə Ərəbistanı ilə münasibətlərinin davam edəcəyi yönündə mesajlar vermişdi.
ABŞ-ın Səudiyyə Ərəbistanla "sarsılmaz tərəfdaşlığını" davam etdirmək istədiyini bildirən Tramp, "Konqres üzvləri arasında, siyasi və ya başqa səbəblərə görə fərqli bir istiqamətə doğru getmək istəyənlər var və bunu etməkdə sərbəstdirlər. ABŞ-ın təhlükəsizliyi eyni istiqamətdə olduğu müddətdə mənə təqdim olunan bütün fikirləri edəcəyəm" deyə qeyd etmişdi.
Müxalifət.az