​Tramp atasının doğum yerini unutdu

Baxış sayı:
7387

ABŞ prezidenti Donald Tramp səhvən atasının Almaniyada doğulduğunu bildirib.
Bu barədə “Associated Press” məlumat yayıb.
“Mənim atam alman olub, Almaniyanın gözəl məkanında doğulub. Ona görə Almaniyaya böyük məhəbbət bəsləyirəm”, - deyə amerikalı lider NATO baş katibi Yens Stoltenberqlə görüşündə bildirib.
Donald Trampın atası Fred, əslində, Almaniyada yox, Nyu-Yorkda almandilli ailədə dünyaya göz açıb. “Associated Press” Trampın atasını Almaniyada doğulmuş babası Fridrixlə səhv saldığını yazır. O, yeniyetməlik illərində, 1885-ci ildə Nyu-Yorka mühacirət edib, daha sonra ABŞ-ın qərb bölgəsinə köçüb.