Tramp açıqladı: Vəsifəsindən ayrılacaq

Baxış sayı:
7552

ABŞ prezidenti Donald Tramp Ağ Ev İqtisadiyyat Məsləhətçiləri Şurasının rəhbəri Kevin Hasset-in yaxında vəzifəsindən ayrılacağını bəyan edib.
 
Çox sayda kabinet üzvü və üst səviyyə idarəçinin vəzifədən ayrılma müddətlərini Twitter hesabından bəyan edən Tramp, bu səfər də İqtisadiyyat Məsləhətçiləri Şurasının rəhbərinin vəzifədən ayrılacağını açıqlayıb.
Tramp Twitter paylaşmasında, "Mənim və rəhbərlik üçün böyük işlər görən Kevin Hasset yaxın zamanda vəzifəsindən ayrılır. ABŞ-a qayıdan kimi yerinə təyin ediləcək qabiliyyətli şəxsin adını açıqlayacağam. Kevinə bütün etdikləri üçün təşəkkür edirəm. O gerçək bir dostdur" deyə qeyd edib.
Trampın Çin və Meksika ilə girişdiyi ticarət müharibəsinin ortasında bu istefanın gəlməsi diqqət çəkib, ancaq Amerikan mediasına danışan Hasset, istefa planını Trampa çox əvvəldən çatdırdığını və son zamanlardakı hər hansı bir vəziyyətlə əlaqəli olmadığını iddia edib.
2017-nin sentyabrında İqtisadiyyat Məsləhətçiləri Şurasının rəhbərliyinə gətirilən Hasset, Tramp rəhbərliyin yeni vergi qanununu hazırlayan əsas şəxs olaraq bilinir.
Müxalifət.az