Toydan qayıdan mikroavtobus qəzaya düşdü: yaralılar var

Bakıdan toydan qayıdan Lerik sakinləri mikroavtobusla Masallıda qəzaya düşüblər.
 
ARB TV xəbər verir ki, hadisə yeni salınan Ələt-Astara-İran yolunun Masallı rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində Lerik rayonu, Ambu kənd sakinləri - 45 yaşlı Xumar Məhərrəmova, 54 yaşlı Nazilə Hüseynova və 52 yaşlı Zərifə Dövlətova xəsarət alıblar. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisənin baş vermə səbəbləri araşdırılır.