​Tovuzda çörək maşını aşıb, yaralılar var

Baxış sayı:
151

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, çörək zavoduna məxsus "VAZ-2104" markalı avtomobillə "VAZ-2107" markalı avtomobil toqquşub. Zərbənin gücündən çörək maşını aşıb. 
Nəticədə hər iki avtomobilin sürücüsü və 1 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan "VAZ-2107" markalı avtomobilin sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir. 
Hazırda hər üç şəxsin kimliyi və qəzanın səbəbləri araşdırılır.