Tovuzda bir qrup gənc xəstəxanaya hücum etdi

Baxış sayı:
3079

Tovuzda bir qrup şəxs mərkəzi xəstəxanaya hücüm edib.
Muxalifet.az "Report"-a istinadən xəbər verir ki, bir neçə gənc tərəfindən xəstəxanaya Aşağı Quşçu kəndində keçirilən toy mərasimində boyun nahiyəsindən bıçaq xəsarət almış yaralı gətirilib.
O, Aşağı Quşçu kəndi sakini, 1990-cı il təvəllüdlü İsmayılov Aydın Hüseyn oğludur. Yaralını xəstəxanaya gətirən gənclərlə tibb işçiləri arasında mübahisə yaranıb. Həmin şəxslər tibb işçilərinə hədə-qorxu gələrək, onlara xəsarət yetirməyə çalışıblar.
Əraziyə polis əməkdaşları çağırılıb. Faktla bağlı araşdırma aparılır.