Tovuzda avtomobil ağaca çırpıldı — Ölən var

Baxış sayı:
9688

Tovuzda avtomobil ağaca çırpıldı — Ölən var
Tovuz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, mayın 13-də saat 2 radələrində Tovuz şəhərinin ərazisində F.Quliyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Nəticədə avtomaşın yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı F.Quliyevin sərnişini, Tovuz şəhər sakini Samir Musayev ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayın.
Faktla bağlı Tovuz RPŞ tərəfindən araşdırma aparılır.