Tonlarla Azərbaycan tütünü Dağıstana buraxılmadı

Baxış sayı:
18070

Dağıstanın Baytarlıq və Fitosanitar nəzarət üzrə Federal Xidməti Azərbaycandan Rusiya ərazisinə 20 tona yaxın tütün məhsullarının keçirilməsinin qarşısını alıb.
Muxalifet.az-ın məlumatına görə, məhsul sahibləri inzibati məsuliyyətə cəlb edilib.
"Rusiyanın Dağıstan ərazisindəki "Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində aparılan karantin fitosanitar nəzarəti zamanı Azərbaycandan gələn və tütün məhsulu daşıyan yük maşınına baxış keçiriblər. Laboratoriyada araşdırmalar zamanı mallarda zərərli maddə aşkar edilib”, - məlumatda bildirilib.
Malların Azərbaycana qaytarılması ilə bağlı qərar qəbul olunub.