​Toni Adams "Qəbələ"ni niyə tərk edib?

Baxış sayı:
4753

“Qəbələ”nin sabiq baş məşqçisi və idman direktoru Toni Adams Azərbaycandakı karyerasını xatırlayıb.
Muxalifet.az-ın məlumatına görə, Britaniya mətbuatına danışan ingiltərəli mütəxəssis söhbətə “Qəbələ”ylə yollarının necə kəsişməsindən başlayıb:
“Özümü ölkə xaricində sınamaq istəyirdim. Bu arzum məni Londonda “Qəbələ”nin prezidenti Tale Heydərovla qarşılaşdırdı. Onun futbola baxışı məni heyran etdi. T. Heydarovla söhbətimiz isə Azərbaycana getmək üçün mənə ilham verdi. Mənə keçmiş sovet ölkələri arasında ən yaxşı akademiya açmaq istədiklərini bildirdi. Onun üçün liqanı qazanmaq ən axırıncı iş idi. Əsas istəyi akademiyadan istedadlı futbolçuların çıxması idi. Məhz həmin oyunçularla çempion olmaq istəyirdi”.
2010-cu ildə “Qəbələ”yə baş məşqçi təyin olunan Adams 18 aydan sonra istefa verməsinin səbəbini açıqlayıb: “2010-cu ildə təyinatım rəsmiləşdi və ilk dəfə baş məşqçi oldum. Ancaq təxminən 18 aydan sonra klub prezidentinə yaxınlaşıb dedim ki, bu iş mənim vaxtımı aparır, komandanın səviyyəsi o qədər yüksək deyil. Həmin vaxt ailəm Bakıda yaşayırdı, mən isə Qəbələdə çalışırdım. Bu isə əlavə çətinlik yaradırdı. Bundan sonra idman direktoru təyin olundum və 3 il bu vəzifədə qaldım. Açığı, titul qazanmamış “Qəbələ”dən ayrılmaq istəmirdim. Sadəcə, ürəyimdəki problem məni getməyə məcbur etdi”.