Tokayev and içdi: “Xalqa vicdanla xidmət edəcəyəm”

Baxış sayı:
8599

Bu gün Qazaxıstanın yeni seçilmiş prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib.
İnauqurasiya paytaxt Nur-Sultanda yerləşən Müstəqillik sarayında təşkil olunub. Mərasimdə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev, hökumət üzvləri və digər dövlət rəsmiləri iştirak ediblər. Tokayev and içərək xalqa vicdanla xidmət edəcəyinə söz verib və rəsmən prezident fəaliyyətinə başlayıb. 
Qeyd edək ki, Qazaxıstanda iyunun 9-da keçirilən növbədənkənar prezident seçkilərində Kasım-Jomart Tokayev 70,76 faiz səs toplayaraq qalib gəlib./Azvision