Təmas xətti dəyişdi: Ordu 1200 mert irəlilədi və... - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
4174

Ukrayna ordusu Donbasda təmas xəttində yerləşən “boz zona”da bir kilometrdən çox irəliləyib.
 
 “RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Ukraynanın Birləşmiş güclərin əməliyyat qərargahından bildiriblər.
“Birləşmiş güclər Volnovaxsk rayonunun yaşayış məntəqələrindən birində təmizləmə həyata keçirərək 1200 metr irəlilədi. Ərazi minalardan təmizlənib və orada müdafiə istehkamları qoyulub”, - qərargahın mətbuat mərkəzinin Feysbuk səhifəsində deyilir.
Qeyd edək ki, Ukraynanın cənub-şərqində münaqişə təxminən 4,5 ildir davam edir. Donbas münaqişəsinin nizama salınması Minskdə əlaqə qrupları tərəfindən müzakirə edilir. Atəşkəslə bağlı üç sənədin qəbul edilməsinə baxmayaraq, döyüşlər fasiələlərlə davam edir.
Donbasda yaradılan separatçı rejimlərin iddiasına görə, Ukrayna Silahlı Qüvvələri Minsk razılaşmalarını pozaraq neytral zonada yerləşən yaşayış məntəqələrini tutur.
ATƏT isə separatçı qüvvələrlə Ukrayna gücləri arasında bufer zonanın yaradılmasını təklif edir.