Tələbələr üçün Prezident təqaüdü artırıldı

Baxış sayı:
4522

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Müvafiq sənədi AZƏRTAC dərc edib.
Sənədə əsasən, ali məktəb tələbələri üçün Prezident təqaüdü 185 manatdan 210 manata qədər artırılıb.
Fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.