​Timoşenko: Əhali qorxu içində ölkəni tərk edir

Baxış sayı:
5011

Ukraynada hərbi vəziyyətin zamanı azaldılmalıdır, çünki o, ölkə əhalisini çox qorxudur.
Bunu Ukrayna Radasındakı çıxışı zamanı Yuliya Timoşenko deyib.
“Bütün ölkədə insanlar qorxu içindədirər. Onlar şok vəziyyətindədirlər. İnsanlar kütləvi şəkildə ölkəni tərk edirlər. Biz parlament olaraq bütün prosesləri diqqətdən kənarda saxlamaq haqqına sahib deyilik. Rada qapalı rejimdə Ukrayna prezidentini dinləmələrə çağırmalı və bundan sonra hərbi vəziyyətin vaxtını müəyyən etməlidir”, – deyə o bildirib.
Qeyd edək ki, 26 noyabrdan Ukraynanın 10 bölgəsində 30 günlük hərbi vəziyyət tətbiq edilib.