​Tillersondan Türkiyəyə: YANLIŞ ANLAŞILIB...

Baxış sayı:
708

Suriyanın şimalında Sərhəd Təhlükəsizlik Qüvvələri adlı bir ordu yaradılmayacaq.
Muxalifət.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Reks Tillerson danışıb.
Türkiyənin sərt reaksiyasına səbəb olan sərhəd qüvvələri məsələsinin tamamilə yanlış formada təsvir edildiyini bildirən Tillerson mövzu ilə bağlı rəsmi Ankaraya bir açıqlama borclu olduqlarını deyib.
Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyanın şimalında PKK-YPG üzvlərindən sərhəd ordusunun yaradılacağı halda bunun çox ciddi nəticələri olacağını bildirmişdi.