​Tillersondan Abadiyə zəng: DAVAM ETDİRƏCƏYİK...

Baxış sayı:
517

Vaşinqton bundan sonra da İraqın təhlükəsizliyini gücləndirmək üçün Bağdada dəstək göstərəcək.
Muxalifət.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Reks Tillerson İraq Baş naziri Heydər Abadi ilə telefon danışığı zamanı söyləyib.
“ABŞ İraqa stabilliyin bərpası, investisiyaların cəlbi, tikinti, iqtisadi reformların gücləndirilməsi sahəsində dəstəyini davam etdirəcək. Rəsmi Vaşinqton Bağdadın terrorizmin məhvində böyük imkanları olduğuna əmindir”, - Tillerson bildirib.