Tiflisin görəcəyi hələ çox işlər var - Avropa Şurası

Baxış sayı:
18763

Gürcüstan Avropa Şurasına üzv olduqdan sonra çox mühüm addımlar atıb. Amma bu azdır və Gürcüstan hələ çox işlər görməli, qanunvericlik bazasını Avropa İttifaqının qanunlarına uyğunlaşdırmalıdır.
Muxalifet.az azərtac-a istnadən xəbər verir ki, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Lilian Mori Paskye aprelin 30-da Gürcüstanın Avropa Şurasına üzvlüyünün 20-ci ildönümü ilə əlaqədar Tbilisidə keçirilən mərasimdəki çıxışında söyləyib.
AŞPA sədri deyib ki, rəsmi Tiflis qanunvericiliyin, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi ilə yanaşı, ölkədə bütün siyasi tərəflər arasında dialoqu inkişaf etdirməlidir.
“Bir sözlə, Gürcüstan genişmiqyaslı islahatları davam etdirməlidir”, - deyə Lilian Mori Paskye vurğulayıb.