​Tiflis yeni TŞ formalaşdırdı: İvanişvili güclənir

Baxış sayı:
7117

Gürcüstan hökuməti yeni Milli Təhlükəsizlik Şurası formalaşdırıb.
Muxalifet.az xəbər verir ki, yeni şuranın formalaşdırılması haqqında əmri Baş nazir Mamuka Baxtadze imzalayıb. Əmrə əsasən, əvvəllər prezident yanında məşvərətçi orqan olan Milli Təhlükəsizlik Şurası ləğv edilib və analoji struktura malik orqan baş nazir yanında yaradılıb. Üstəlik, yeni şuranın nizamnaməsində onun daimi üzvləri sırasına bundan sonra prezident və onun hansısa nümayəndəsinin daxil olması qadağan edilib. Milli Təhlükəsizlik Şurasının yeni tərkibində daxili işlər naziri, baş nazir, xarici işlər naziri, maliyyə naziri, Dövlət Təhlükəsizlik Xidməti rəhbəri, Kəşfiyyat Xidməti rəhbəri və Silahlı Qüvvələrin komandanı yer alıb.
Yeni şuraya Gürcüstanın Daxili İşlər naziri Georgi Qaxariya katib təyin edilib.
Qeyd edək ki, artıq şuranın tərkibi və yeni katibiylə bağlı müxalifət və bir sıra ekspertlər tənqidlər səsləndirməyə başlayıblar. Belə ki, ekspertlər prezidentin şuranın tərkibinə daxil edilməməsinin doğru olmadığını bildiriblər. Üstəlik, onlar İvanişviliyə ən yaxın kadrlardan biri olan Qaxariyanın şuraya katib təyin edilməsinin boz kardinalın ölkədəki bütün mühafizə orqanlarını öz nəzarətində toplamaq imkanlarını artıracağını deyiblər.