Tiflis üzərində hava məkanı bağlanır - Səbəb

Baxış sayı:
6709

Gürcüstanda keçiriləcək hərbi təlimlərlə əlaqədar fevralın 15-dən 20-dək hər gün müxtəlif saatlarda Tiflis üzərində hava məkanı mülki təyyarə və helikopterlər üçün bağlanacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb. Məlumata görə, hava məkanı fevralın 15-də, 17-də və 18-də saat 10:00-dan 11:30-dək və 15:30-dan 17:00-dək, fevralın 16-da və 19-da saat 10:00-dan 11:30-dək və 13:00-dan 14:30-dək, fevralın 20-də isə 10:00-dan 11:30-dək və 14:30-dan 16:00-dək bağlı olacaq.
Bu barədə NOTAM (Notice To AirMen) agentliyinin saytında da məlumat yerləşdirilib.