Tiflis bu şəxsləri İrəvana təslim etdi

Baxış sayı:
14365

Gürcüstan hökuməti 2017-ci ildə İrəvanın mərkəzində baş verən silahlı atışmada təqsirləndirilən 2 nəfəri Ermənistana ekstradisiya edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
“Gürcüstanın hüquq-mühafizə orqanları Ermənistan Baş Prokurorluğunun tələbi ilə Karadavidovu və Babulyanı cinayət məsuliyyətinə cəlb edilməsi üçün qarşı tərəfə təhvil verib”, - deyə bildirilib.
Qeyd edək ki, 2017-ci ilin sentyabrında İrəvanın Respublika meydanında, hökumət binasının yaxınlığında baş verən silahlı atışmada bir nəfər ölmüş, biri isə yaralanmışdı.