Tiflis aktivləşir: QAFQAZDA TƏHLÜKƏSİZLİK

Baxış sayı:
5074

Gürcüstan hökuməti aktiv şəkildə 2008-ci ildə Gürcüstan müharibəsindən sonra yaradılan Qafqazda təhlükəsizlik üzrə Cenevrə diskussiyalarının formatının dəyişdirilməsinə çalışır.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Qaçqınlarla İş üzrə naziri Sozar Subari söyləyib. Onun sözlərinə görə, Gürcüstan bununla Qafqazın təhlükəsizliyi məsələsində effektivliyi artırmağa çalışır:
“Cenevrə formatının dəyişməsindən danışmaq lazımdır. Əvvəldən bu format qeyri-effektiv olaraq düşünülüb. Bu formatda nümayəndəlik səviyyəsi artırılmalıdır. Xüsusən bu nümayəndəlik dövlətlərin birinci şəxsləri səviyyəsində olmalıdır”.