Təhsil və Daxili İşlər naziri işdən çıxarıldı - 15 yaşlı qızın öldürülməsinə görə

Baxış sayı:
3670

Rumıniyada 15 yaşlı qızın öldürülməsindən sonra yaşanan qalmaqal dərinləşir.
Ölkənin təhsil naziri Yekaterina Andronesku 15 yaşlı qızın təcavüz edildikdən sonra öldürülməsi ilə bağlı verdiyi açıqlamalara görə vəzifədən azad edilib.
Qadın nazir 15 yaşlı Aleksandranın tanımadığı sürücünün maşınına oturmasını və həmin şəxs tərəfindən öldürülməsini şərh edərkən, “Aleksandra Macesanu tanımadığı adamın maşınına minməməli olduğunu bilməliydi”, dediyi üçün böyük qınaqla üzləşib və hökumət rəhbəri onun istefasını qəbul edib.
Rumıniyanın baş naziri Viorika Dansila feysbuk səhifəsində təhsil nazirinin məsuliyyətsiz açıqlamalar verdiyini bildirib.
Qeyd edək ki, iyulun 24-də Alexandraya Caracal yaxınlığındakı evinə getmək üçün mindiyi avtomobilin sürücüsü tərəfindən təcavüz edilib və öldürülüb. Bundan sonra ölkənin daxili işlər naziri Nikola Moqa cinayətə laqeyd yanaşıldığına görə istefa verib. Belə ki, 15 yaşlı Macesanunun qaçırılan zaman 3 dəfə 112 təcili yardım xidmətinə zəng etdiyi, lakin polisin hadisəyə 19 saatdan sonra müdaxilə etdiyi müəyyən olunub. Rumıniyanı ayağa qaldıran bu hadisədən sonra nazir öz postundan istefa verib./Publika