Təhsil nazirinin keçmiş müavini mahnı oxuyub, klip çəkdirdi: "Al məndən gülüşlərini" - VİDEO

Baxış sayı:
18337

Təhsil nazirinin keçmiş müavini, Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, professor İradə Hüseynova oxuduğu mahnıya klip çəkdirib. 

 "Al məndən gülüşlərini" adlanan mahnının klipi Bakı bülvarında lentə alınıb. 

İradə Hüseynovanın ifasında olan həmin klipi təqdim edirik.

Qeyd edək ki, 56 yaşlı İradə Hüseynova 2002-2011-ci illərdə təhsil nazirinin müavini vəzifəsində çalışıb.