​Təhsil işçilərinə məzuniyyət verilməsi ilə bağlı QANUNVERİCİLİYƏ DƏYİŞİKLİK TƏKLİF OLUNUR

Baxış sayı:
6787

Azərbaycanda Əmək Məcəlləsinə bəzi təhsil işçilərinə əmək məzuniyyətinin verilməsi ilə bağlı dəyişiklik edilməsi təklif olunur.
Muxalifət.az xəbər verir ki, dəyişikliyə əsasən, uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir.
Məcəllənin hazırkı variantına görə, uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara əmək məzuniyyəti 42 təqvim günü müddətində verilir. /trend/