​Təhsil İdarəsindən şagirdin məktəbə buraxılmaması ilə bağlı AÇIQLAMA

Baxış sayı:
4798

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 22 nömrəli tam orta məktəbin direktoru 9-cu sinif şagirdi məktəbə buraxılmaması və onun başqa bir məktəbə köçürülməsi məsələsinə münasibət bildirib.
BŞTİ-dən  verilən məlumatda 22 nömrəli tam orta məktəbdən verilmiş məlumatda davranışı ilə bağlı müvafiq problemlərin müşahidə olunduğu 9-cu sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dərslərə buraxılmaması məlumatı həqiqəti əks etdirmədiyi bildirilir.
“Həmin şagirdin valideynləri tərəfindən övladlarının başqa məktəbə köçürülməsi ilə bağlı məktəb rəhbərliyinə heç bir müraciət daxil olmayıb.
Qeyd edək ki, martın 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının I mərhələsi ilə bağlı olaraq fevralın 1-dən martın 18-dək IX siniflər üzrə hərəkət dayandırılıb. Yerdəyişmə ilə bağlı valideyn tərəfindən müraciət daxil olsaydı belə, bu mümkün olmayacaqdı.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Problemin həllində məktəblilərin psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır. KİV nümayəndələrindən azyaşlıların mənafeyinin qorunması baxımından məsələnin həssaslığını nəzərə almaları xahiş olunur”.
Qeyd edək ki, bir neçə gün əvvəl adıçəkilən məktəbin 9-cu sinif şagirdinin valideyni Nahid Orucov oğlunun məktəbə buraxılmaması ilə bağlı mətbuata müraciət edib. Ailə iddia edir ki, məktəbə yeni təyin edilən Azər Ələkbərov epilepsiya xəstəliyi səbəbindən uşağı məktəbə buraxmır. Nə də onun sənədlərini ailəyə vermir.