Təhqir olunmuş qadından heç kim üzr istəməyib - "DİN YALAN SÖYLƏYİR..."

Baxış sayı:
2095

Yeni Yasamal massivinin sakini Gülər Süleymanova bildirib ki, onu kobud və həyasızcasına təhqir edən polis əməkdaşını bağışlamayıb və ümumiyyətlə, heç kim ondan üzr istəməyib. Bununla da o, qadından üzr istəməyən DİN-i yalanda ittiham edib.

O həmçinin bildirib ki, iki oğluna qarşı zorakılıqla bağlı məhkəməyə müraciət edəcək.

Xatırladaq ki, iyunun 7-də Yeni Yasamal massivi, Dadaş Bünyadzadə küç., 13 ünvanında yerləşən evin sakinləri polisin bina sakinlərini saxlamasına etiraz edərək balkonlardan qışqırmağa və polisə zibil atmağa başlayıblar.

İyunun 8-də səhər çevik pois alayının qüvvələri bu həyətdə xüsusi əməliyyat keçiriblər, mənzillərə girərək və yarıçılpaq vətəndaşları zorla küçəyə çıxarıblar. Zorakılıq və təhqirlərlə 11 nəfər saxlanılıb.

Gülər Süleymanova Elvin Süleymanovun anasıdır. Oolis onun geyinməsinə belə imkan verməyiblər. Bundan əlavə “asayiş keşikçiləri” Elvini döyərək saxlayıblar, sonra da polislərə qardaşına geyinməyə imkan verilməsini söyləməyə “cəsarət edən” Kərimin dalınca gəliblər.

Polis qardaşların anasını bir neçə dəfə təhqir edib onu və ərini “dovşanlar” adlandırıb.

Süleymanovlar qardaşlarını 15 sutka həbs ediblər. Elvin xırda xuliqanlıqda, Kərim isə polisə tabe olmamaqda təqsirli bilinib.

Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib. O deyib ki, bu gün həbsdən apellyasiya veriləcək.

Həmçinin Gülər Süleymanovaya qarşı qanunsuz hərəkətlərlə bağlı şikayət veriləcək. Çünki məhkəmənin qərarı olmadan faktiki olaraq onun mənzilinə hücum ediblər, döyülən oğulları ilə qeyri-insani rəftar ediblər.

“Lakin Gülər Süleymanova ilk növbədə oğullarının azad edilməsini, günahkarların cəzalandırılmasını tələb edir. Yalnız bundan sonra yazılı üzrxahlığı qəbul edə bilər”, - C.Cavadov deyib.

G. Süleymanovanın sözlərinə görə, oğlu Elvin zibil atmayıb, o, səs-küyə görə balkona çıxıb. Digər oğlu da polisə müqavimət göstərməyib.

İyunun 9-da saat 16:00-a yaxın məlum olub ki, Kərim Süleymanov ağciyər xəstəliyi ilə əlaqədar həbsdən azad edilib. Ancaq oğlan evə gəlməyib./Turan