Terrorçunun yaxalanma anı kamerada - VİDEO

Baxış sayı:
10933

Türkiyənin Şırnak vilayətində dünən terror təşkilatı PKK-nın sözdə Gabar üzrə səlahiyyətlisi "Fədakar Cizir" kod adlı Əmrah Naycinin yaxalanma anının görüntüləri ortaya çıxıb.
 
Demirboğaz kəndi çöllyündə dünən 2 terrorçunun ölü ələ keçirildiyi əməliyyatda terrorçu Əmrah Naycinin yaxalanması, təhlükəsizlik güclərinin kamerası tərəfindən çəkilib.
Görüntülərdə ağaclıq bir sahədə yaxalanan terrorçudan üzərində bomba ola biləcəyi ehtimalı münasibətilə geyimləri çıxarılması tələb olunur. Şifahi xəbərdarlıqdan sonra paltarını çıxaran terrorçu, nəzarətə alınır.
Müxalifət.az