Terrorçunun erməni dilindəki qeydinə - İrəvandan raksiya

Baxış sayı:
19960

Ermənistan Xarici İşlər Nazirliyi Yeni Zelandiyadakı teraktla əlaqədar bu ölkənin hökumət orqanlarıyla əlaqədədir.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Yeni Zelandiyadakı teraktda istifadə olunan silahın üzərində erməni dilində yazıların qeydə olunmasına münasibət bildirərkən deyib.
Qeyd edək ki, Yeni Zelandiyada iki məscidə hücum olub. Hücum nəticəsində 49 nəfər həlak olub. Hücumu həyata keçirən şəxs öz silahının üzərində erməni və gürcü dillərində qeydlər yazıb. Gürcü dilində olan qeydlərdə gürcü çarları David Aqmaşenbeli və çariça Tamarın həyat yoldaşı knyaz David Soslanın adları yazılıb. Erməni dilindəki qeyddə isə 1915-ci ildə baş tutan Sarıqamış qəhrəmanlığı yazısı həkk olunub. Bundan başqa qeyd edilən yazıların hər biri anti-türk və anti-müsəlman xarakterli olub./Axar.az