Terrorçuların sement xəttinə basqın

Baxış sayı:
5695

“Fərat Qalxanı” bölgəsində çox sayda TIR-a Münbiçə sement daşıdıqları şübhəsi ilə basqın edilib.
 
Türki əsgəri və ASO qoşunlarının hazır vəziyyətdə gözlədiyi Münbiçdə qazılan tunellərə göndərildiyi öyrənilən 8 min ton sementə Cerablusda əl qoyulub. Münbiç mənşəli bir şəxs tərəfindən Şanlıurfa Sement Zavodundan alınan 250 TIR sement Türkiyəyə geri qaytarılıb. Alınan məlumata görə, qaçaq daşıma Münbiç və Şanlıurfada yaşayan iki qardaş tərəfindən təşkil edilib. Daşıma üçün Şanlıurfada bir şirkət quran Münbiçli qardaşlar, sementlərin “Fərat Qalxanı” bölgəsinə göndərildiyini təsdiq edən saxta sənəd hazırlayıb. Cerablusdakı bir anbara aparılan sement, buradan qaçaq yollarla Münbiçə gətirilmək ərəfəsində yaxalanıb. Sementi Cerablusa daşıyan TIR sürücülərindən H.T “Yeni Şəfəq” qəzetinə verdiyi açıqlamada sementlərin anbara təhvil verilmədən öncə edilən basqınla bütün TIR-lara əl qoyulduğunu və 7 günlük gözləyişdən sonra gətirdikləri yüklə birlikdə yenidən Türkiyəyə göndərildiyini bildirib. Bəyannamələrin qanuni şəkildə tərtib olunduğunu və Cerablusdakı anbara qədər heç bir problemlə üzləşmədiklərini qeyd edən H.T, "Sementlərin əslində Münbiçə göndərilmək üzrə sövq edildiyini əməliyyatla birlikdə öyrəndik" deyə söyləyib. Bu hadisədə məsul şirkət və təşkilatçılığı edən şəxslərlə bağlı məhkəmə prosesləri davam edir.
Müxalifət.az