Terrorçuların danışıqları ifşa oldu: “Sizi dovşan kimi ovlayırlar, axmaqlar”

Baxış sayı:
11008

Son 10 ayda TSQ-nin qətiyyətli əməliyyatları ilə 20 PKK komandirinin zərərsizləşdirildiyi Amanoslarda terrorçuların simsiz rabitə danışıqları ifşa olunub.
 
Amanosda sıxışdırılan PKK-lı “Orada nə edirsiniz” deyə hesab soran Qəndildəki rəhbərliyə belə cavab verib:
 
ACLIQDAN TÜLKÜ YEMƏYƏ BAŞLADIQ
 
Hatay, Osmaniyə, Qaziantep, K.Maraş, Adıyaman və Malatya bölgələrində Suriyadan sızan PKK-lıların Amanosda yenidən qruplaşması TSQ-nin son 10 aydakı qərarlı əməliyyatları ilə çökmə vəziyyətinə gəlib. Təşkilatın sözdə Amanoslar üzrə məsulu Seyithan Sinet-in də olduğu 20 yüksək səviyyəli terrorçu ilə bütövlükdə 54 terrorçunun zərərsizləşdirilməsi Qəndili çılğına döndərib. 17 noyabr saat 02.15-də xüsusi xidmət orqanları Qəndildəki "Rezzan" kod adlı təşkilat başçısıyla Amanoslardaki terrorçuların əsas telsiz kodu "Toros" arasındakı simsiz rabitə danışıqlarını qeydə alıb:
Toros: Adıyaman qolumuzdan Əziz Çırav və Soreş Semsur öldürülüb.
Rezzan: Axmaq adamlar, rəzillər. Amanoslarda nə hala düşdünüz. HPG-nin ən seçmələrini məhv etdirdiniz.
Toros: Nə vəziyyətdəyik bilmirsiniz.
Rezzan: Kəs səsini alçaq adam.
Toros: Düşmən daim döyüş vəziyyətindədir. Sursat, ərzaq, məskunlaşma sıxıntımız böyükdür. Ərzaq bazalarımız düşmənin əlinə keçdi. Rovi (tülkü) balası yeməyə başladıq. Başımızı çıxarsaq, düşmən, çıxarmasaq aclıqdan öləcəyik.
Rezzan: Gəbərin, hamınız gəbərin. Təşkilatın nüfuzunu bitirdiniz. Daim itki. Həmişə bəhanə. İntizamlı, təşkilatlı, partizan planlı olmadıqca it kimi ölərsiniz belə. Acmış, susuzmuş. Düşmən sizi dovşan kimi ovlayır, axmaq adam.
Toros: Sən rahatsan. Orada yerin istidir. Qarnın da toxdur. Ürəyin varsa, sən gəlsənə bura şərəfsiz.
Müxalifət.az