Terrorçuların "Allahu Əkbər" OYUNU!

Baxış sayı:
4870

“Zeytun Budağı” Hərəkatı çərçivəsində terrorçulardan təmizlənən Afrinin Meryemeyn kəndində terrorçuların oynadığı ağlasığmaz oyunu kənd əhalisi danışıb. Kəndə gələn PKK terrorçularının "Allahu Əkbər” deyə, qışqıraraq özlərini ASO əsgərləri kimi göstərməklə, əhalinin çölə çıxmalarını təmin etdikləri ortaya çıxıb.
 
Meryemeyn əhalisinin söylədiklərinə görə, kənddə qızğın döyüşlərin getdiyi bir vaxtda maraqlı bir hadisə yaşanıb. Bütün kənd əhalisi özlərini qorumaq üçün sığınacaqlarda gizlənərkən, özlərinə döyüşmək üçün adam axtaran terrorçular, heç kəsi tapmayınca, bu dəfə hiylə işlədərək, "Allahu Əkbər” deyə, çığırıblar. Təkbir səslərini eşidən kəndlilər isə ASO və Türk əsgərinin gəldiyini zənn edərək, çölə çıxıblar. Qarşılarında PKKPYD və YPG-li terrorçuları görən kəndlilər təəccübləniblər. Bu zaman terrorçular çölə çıxan əhalini zorla silah altına almağa çalışıb. Ancaq kəndlilərin müqavimət göstərməsindən sonra terrorçular, əhalinin gizləndikləri sığınacaqlardan zorla bayıra çıxardaraq, o yerlərə özləri sığınacaq olaraqgiriblər. Kəndin terrorçulardan təmizlənməsi ilə kəndlilər rahat bir nəfəs alıb. Terrorçuların gizləndiyi sığınacaqlar da Türk əsgəri tərəfindən məhv edilib.
Müxalifət.az