“Terrorçuları Münbiçdə qazdığı xəndəklərə göməcəyik” – TÜRK NAZİR

Baxış sayı:
2341

Türkiyənin müdafiə naziri Hulusi Akar, “Türkiyə-ABŞ birgə təlimləri bu gün başladı. ABŞ ilə birgə təlimlər tamamlanandan sonra Münbiçdə müştərək patrul fəaliyyətləri başlayacaq” deyə, açıqlama verib.
 
MÜNBİÇDƏ TERROR TƏŞKİLATINI QAZDIĞI XƏNDƏKLƏRƏ BASDIRACAĞIQ
 
Nazir Akar, Münbiçdə terror təşkilatının qazdığı xəndəklərlə bağlı, "Xəbərdarlıqlarımızı ABŞ qurumlarına çatdırmışıq, eyni zamanda biz də öz tədbirlərimizi görmüşük. Terror təşkilatı, yeri və zamanı gələndə qazdığı xəndəklərə özünün basdırılacağını bilməlidir" deyib.
Müxalifət.az