Terrorçular Trampa cavab verdi: RƏDD EDİRİK

Baxış sayı:
6355

ABŞ prezidenti Donald Trampın İrana neft satmaqla günahlandırdığı terror təşkilatı PKK/YPG-nin təşkil etdiyi DSG, ABŞ prezidentinin nadanlığına istinad edən bir bəyanatla çıxış edib.
 
ABŞ prezidenti Donald Trumpın 2019-ci ilin ilk kabinet yığıncağı münasibətilə mətbuata etdiyi və ağızları açıq qoyduğu açıqlamalarından birinə Suriyalı kürdlər təpki verib.
Trampın "Onların əllərindəki bir az nefti İrana satmaları xoşuma gəlmədi. Onlardan İranla satış etməmələrini istədik. Tərəfdaşlarımız olan kürdlər İrana neft satır. Bundan məmnun deyilik. Bundan heç məmnun deyiləm" deyə söz etdiyi terrorçu YPG rəhbərliyindəki Demokratik Suriya Qüvvələrindən (DSG) cavab verilib.
 
İstəsək belə sata bilmərik
 
İranın “İnternational” saytına müsahibə verən DSG-nın sözdə xarici əlaqələr üzrə məsulu və sözçüsü Redur Xəlil, Trampın ərazini bilmədiyini iddia edib:
“Prezidnet Trampın kürdlərin İrana neft satdığı iddiası iki səbəbdən düzgün deyil. Birincisi, İran bizim qonşumuz deyil, İranla sərhədimiz yoxdur. Aramızda İraq var. Bu səbəbdən onlarla neft ticarəti etməyimiz mümkün deyil.
İkincisi, biz yalnız öz daxili tələbatımız üçün neft hasil edirik, daha artığını etmək olmaz, çünki zavodumuz yoxdur" deyən Xəlil, “Buna görə də prezident Trampın iddialarını rədd edirik" - deyə əlavə edib.
Müxalifət.az