Terrorçular PKK dövləti tələb edir: “SƏRHƏDLƏR DƏYİŞDİRİLMƏLİDİR”

Baxış sayı:
4198

İraqın şimalında terror təhriki davam edir. Terror təşkilatı PKK Duhokdan sonra ikinci təxribatın ünvanı olaraq Mosulun qərbindəki Sincarı seçib. İraqın sərhəd rayonlarından olan Sincarda qızışdırılan əhali ilə Suriya sərhəd bölgəsinə gedən PKK tərəfdarları, iki ölkə arasındakı sərhədin götürülməsini tələb edib.
 
 Suriyada terror təşkilatının işğalında olan Hasəkə ilə sərhədin götürülməsi və iki bölgənin birləşdirilməsini istəyən PKK-lılar, gün boyu davam edən aksiyaları zamanı İraq Sərhəd Mühafizə qüvvələrinə də hücum edib. Hadisələrdə 10-dan çox adam yaralanıb, bəzi nümayişçilər həbs edilib. İçərisində çox sayda təşkilat üzvünün olduğu qrupun “dinc” aksiyasını PKK-lılar ABŞ-ın verdiyi zirehli texnikaların içindən addım-addım izləyib.
PKK-nın sözdə Sincar Media Ofisi tərəfindən edilən açıqlamada, sərhəd təxribatının mütəşəkkil bir aksiya olduğu, təşkilatın İraq və Suriya dəhlizinin bağlanması adına aksiyalarına davam edəcəyi bildirilib. Suriya və İraqda xəritə dəyişikliyinin qaçılmaz hala gəldiyini iddia edən terror təşkilatı, Afrin, Eyn əl-Arab, Münbiç, Hasəkə, Sincar, Zummar, Duhok, Kərkük, Süleymaniyyə, Qəndil, Ərbil və Diyalanın şərqinin PKK hakimiyyətində Kürdüstan kimi tanınması lazım olduğunu irəli sürüb. Bəyanatda bu ifadələr işlədilib: "Sərhədin Suriya tərəfində qalan Şedadi, Yarubiyə bölgələri ilə Rabia-Sincar xəttinin birləşdirilməsini labüd bir zərurət olaraq görürük. Afrindən Kərkükə uzanan xətt PKK-nın təbii xəritəsidir və kürd xəttidir. Sincar, Rabia bölgələrindən Hasəkəyə açılan xətt federal ərazilərin birləşdirilməsi kimi görülmək məcburiyyətindədir. Bu çərçivədə yeni bir sərhəd xəritəsi müəyyən edərək Əbu Kamal və Tenef üzərindən İraq-Suriya sərhədi yenidən tənzim edilməlidir. Mövcud sərhəd xəttini tanımırıq və bu istiqamətdə aksiyalara davam edəcəyimizi elan edirik".
Müxalifət.az