Terrorçular İran sərhədindən hücum etdi: 1 əsgər şəhid oldu

Baxış sayı:
13336

Türkiyənin İranla sərhədinin İğdır tərəfində həyata keçirilən terror hücumunda bir əsgər şəhid olub, bir əsgər yaralanıb
 
Türkiyə-İran sərhədindəki İğdırın Dilucu bölgəsində təşkil olunan terror hücumunda bir əsgər şəhid olub, bir əsgər yaralanıb.
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, səhər saatlarında terrorçularla sərhədin Dilucu bölgəsində əsgərlərə qarşı əl istehsalı partlayıcının da istifadə edildiyi hücum təşkil olunub.
Yaralı digər əsgər isə İğdır Dövlət Xəstəxanasında müalicə altına alınıb.
Bölgədə terrorçulara qarşı başlanılan əməliyyat davam edir.
Müxalifət.az