​Terrorçular Dəməşqi ATƏŞƏ TUTDU: 2 ölü, 4 yaralı

Baxış sayı:
6733

Dəməşq ətrafında yerləşən qaçqın düşərgələrindən birinin terrorçular tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb.
Muxalifət.az xəbər verir ki, bu barədə bazar ertəsi yerli polisə istinadən SANA agentliyi məlumat yayıb.
Bildirilir ki, terrorçuların hədəfi Suriya paytaxtından cənubda yerləşən Əl-Buşeyr məscidi ərazisindəki Yarmuk düşərgəsi olub.