Terrorçudan iddia: Əsədin PYD-yə dəstəyini RUSİYA ƏNGƏLLƏYİR

Baxış sayı:
6559

PYD-nin Afrində yaratdığı hərbi şura üzvlərindən olan Süleyman Cəfər, Alman mətbuatına verdiyi müsahibədə “Rusiya, Əsədin dəstəyini əngəlləyir” - deyib.
 
“DW”-nin xəbərinə görə, Cəfər, Alman xəbər agentliyinə verdiyi müsahibədə Moskvanın Əsəd rejimilə razılığa gəlmələrini əngəllədiyini söyləyərək, "Etibarlı mənbələrdən aldığımız məlumata görə, Rusiya Türkiyəyə Afrindəki hər şeyi məhv etməsi üçün yaşıl işıq yandırıb" - deyib.
 
“ABŞ DA MANE OLMUR"
 
Müzakirələrin bir həftədir davam etdiyini vurğulayan Cəfər, ABŞ-ın da bu məslədə Ruslarla əməkdaşlıq etdiyini bildirib. Cəfər, "İki super güc ABŞ və Rusiya, Türkiyəyə Afrinə hücum etməsi üçün imkan təmin edib " deyə, söyləyib.
Müxalifət.az