Terrorçubaşından “Türkiyə” açıqlaması: Rusiya və İran...

Baxış sayı:
13660

Terror təşkilatı PKK-nın Suriya qolu olan PYD-nin sözdə keçmiş sədri Saleh Müslüm Türkiyəni ittiham edən fikirlər bildirib. Müslim "Rusiya və İran Türkiyənin divar hörməsinə və etdiklərinə güzəştə gedir", - deyib. Türkiyəni “işğalçı' olaraq ittiham edən və sərhədlərə divar hörülməsindən narahat olan PYD-nin keçmiş sədri Saleh Müslüm təpki çəkən açıqlamalar verib. Saleh Müslim bu gün etdiyi açıqlamada, Türkiyənin sərhəd boyunca divar hörməsinə görə Şam rejiminin məsuliyyət daşıdığını deyib. Terrorçubaşı Müslim "Beynəlxalq dövlətlər Türk dövlətinin etdikləri qarşısında səssiz qalır. Böyük dövlətlər maraq siyasətinin gərəyi olaraq səssiz qalırlar. Rusiya və İran Türkiyənin divar hörməsinə göz yumur və etdiklərinə görə də güzəştə gedir. Bu dövlətlərin etdikləri güzəştlər qarşılığında Türkiyəni yanlarında tutmağa çalışırlar", - deyə bildirib. Müxalifət.az