Terrorçubaşı Saleh Müslimi buraxdıran ÖLKƏ BƏLLİ OLDU

Baxış sayı:
8623

Praqada Saleh Müslimin məhkəməsi ilə bağlı bir teatr səhnəsi oynanıldı. Həftə sonunda nəzarətə alınan və Türkiyənin ekstradisiyasını tələb etdiyi terrorçubaşı, çıxarıldığı məhkəmədə reaktiv sürətilə “bəraət” aldı. Çexiyanın paytaxtı Praqada yaxalanan terror təşkilatı PKK/PYD-nin keçmiş həmsədrlərindən Saleh Müslim, dünən çıxarıldığı məhkəmədə sərbəst buraxıldı. Çexiyanın qalmaqal qərara imza atmasında Avropa İttifaqının (Aİ) bu ölkəyə etdiyi təzyiqinin təsirli olduğu bildirilir. Afrində terror təşkilatlarına qarşı Türkiyənin apardığı “Zeytun Budağı” hərəkatını qaralamaq və Qərb ictimaiyyətini çaşdırmaq məqsədilə Avropa ölkələrini qarış qarış gəzən terrorçubaşı Saleh Müslim, konfransa qatıldığı Praqada Türkiyənin tələbi ilə bazar günü İnterpol tərəfindən yaxalanmışdı. Türkiyənin qırmızı bülletenlə axtardığı terror təşkilatı PKK/PYD-nin keçmiş həmsədrlərindən Müslim, dünən hakim qarşısına çıxarıldı. Müslimin təxminən 40 dəqiqə davam edən məhkəmə prosesinin ardından sərbəst buraxıldığı bildirilib. Türkiyə, Müslimin qaytarılması və müvəqqəti həbs qərarı üçün Çexyaya konkret sənədlər də göndərmişdi. Dosyedə, Müslim haqqında Türkiyədə çıxarılan 3 yaxalama qərarı yer alırdı. Avropa ölkələrində “Zeytun Budağı” hərəkatına dair qavrayış əməliyyatı aparan Müslim, daha əvvəl Belçikanın paytaxtı Brüsseldə yerləşən Avropa Mətbuat Klubunda konfransda iştirak etmiş, Böyük Britaniya və İsveçrədə parlamentin qonağı olmuşdu. "ÇEXİYA EKSTRADİSİYA ETMƏLİ İDİ" Çexiya məhkəməsinin qərarını dəyərləndirən bir diplomatik mənbə, Brüsselin Praqaya təzyiq etdiyini və bu təzyiqlərinin nəticə verdiyini qeyd edərək bunları deyib: “Çexiya, Saleh Müslimi yaxşı niyyətlə Türkiyəyə ekstradisiya etməli idi. Digər tərəfdən, beynəlxalq cinayət hüququ da zərərçəkmiş olan dövlətin tələbinə görə, terrorçuların ekstradisiyasını nəzərdə tutur. Çexiya, NATO-nun üzvüdür və NATO-nun terrorizmlə mübarizə və strategiyası içərisində də üzv ölkələrinin bir-birinə terrorla mübarizəsində də dəstək olması əsasdır. Brüsselin PKK/PYD-yə qarşı simpatiyası bəllidir. Təbii bir də son dövrdə münasibətlərimizin gərgin olduğu Avropaİttifaqı tərəfi var. Çexiyaya, Aİ üzvü və Brüsseldən Saleh Müslimin sərbəst buraxılmasına qarşı təzyiqlər gəldi. Bu təzyiqlər də təəssüf ki, nəticə verdi". Müxalifət.az