Terrorçubaşı ABŞ-ın yalanını üzə çıxardı

Baxış sayı:
5863

Terrorçubaşı Saleh Müslim “ABŞ-ın YPG/PKK ilə münasibətlərimiz müvəqqətidir” yalanını etdiyi açıqlama ilə ortaya çıxarıb. Müslim, "Münasibətlərimiz qarşılıqlı maraqlara əsaslanıb, ona görə beynəlxalq koalisiya bizdən asanlıqla əl çəkməz" deyib.
 
PYD-nin keçmiş sözdə lideri terrorçu Salih Müslim," İŞİD asanlıqla bitmir, beynəlxalq koalisiya da YPG/PKK-dan asanlıqla əl çəkməz" deyib.
PYD-nin keçmiş lideri olan Salih Müslim, ABŞ-lı səlahiyyətlilərin “PYD/PKK ilə münasibətlərimiz müvəqqəti və taktiki xarakter daşıyır" şəklindəki açıqlamaları ilə bağlı bunu söyləyib.
Bir forumda çıxış edən Müslim, Amerikalı rəsmilərin açıqlamaları ilə bağlı
"Bu gün beynəlxalq güclərlə bir ittifaqımız varsa, bu maraqlarımız uyğun gəldiyi üçündür. Ancaq bizim üçün ən böyük dəstək xalqımızın dəstəyidir. İŞİD asanlıqla bitmir, beynəlxalq koalisiya da bizdən asanlıqla əl çəkməz" deyərək əslində ABŞ rəsmilərinin növbəti yalanlarını ifşa edib.
Müxalifət.az