Terror yuvası Qəndil muzdlu terrorçu toplayır

Baxış sayı:
10747

Türkiyədə təhlükəsizlik qüvvələrinin əməliyyatları ilə ağır zərbə alan terror təşkilatı PKK-da parçalanma prosesi sürətlənib. Ötən il 519 terror təşkilatı mənsubu təslim olub, sağ və yaralı olaraq 534 terrorçu əməliyyatda ələ keçirilib.
 
Daxili İşlər Nazirliyinin hazırladığı axtarışda olan terrorçu siyahısında qırmızı, mavi, yaşıl, narıncı və boz kateqoriyada olan çox sayda terrorçuların da aralarında olduğu 693 terrorçu ölü olaraq ələ keçirilib. Təşkilatın Qəndildəki terrorçubaşları tükənmə nöqtəsinə gələn PKK-dakı dağılmanın qarşısını almaq üçün Suriya və İraqdan pullu terrorçular yığaraq təşkilata dəstək olmağa çalışır.
“SABAH” qəzetinin verdiyi xəbərə görə, ölkədə aşkarlanan və təqib edilən terrorçuların sayı 500-dən aşağı düşüb.
HDP ofisləri, universitet və məhhələ özəkləri üzərindən gənclik təşkilatları yaratmaq istəyən PKK / KCK-ya qarşı təşkil olunan əməliyyatlarla təşkilatlanma prosesi bitirildi. HDP rəhbərləri də daxil, 19185 adam nəzarətə alınıb.
Təşkilatın başda Qara dəniz özəyi olmaqla, Tunceli, Amanoslar, Adıyaman, Hakkari, Şırnak kimi bölgələrdə üst səviyyə terrorçular təsirsiz hala gətirilib, sözdə komandirlərini itirən təşkilat dağılma nöqtəsinə gəlib.
Müxalifət.az