Terror təşkilatına ağır zərbə! Dövlət Aslan yaxalandı

Baxış sayı:
3757

Terror təşkilatı PKK/KCK-nın sözdə Belçika təşkilatının rəhbəri qadın terrorçu Dövlət Aslan, Türkiyənin Batman vilayətində keçirilən əməliyyatla yaxalanıb.
 
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Batman MİT rəhbərliyi ilə Rayon Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat çərçivəsində, Belçikada fəaliyyət göstərən terror təşkilatı PKK-nın rəhbərlərindən olan Dövlət Aslanın Batmana gəldiyi müəyyənləşdirilib.
Keçirilən əməliyyatla Aslan yaxalanıb. Əməliyyatdan sonra ədliyyəyə sövq edilən şübhəli həbs olunub. Digər tərəfdən, Aslanın əlində uzun lüləli silahla və terrorçubaşı Abdullah Öcalanın şəklinin önündə çəkilmiş fotoşəkilləri ortaya çıxıb.

Müxalifət.az