Terror təşkilatı YPG "tayfa" liderlərini GİROV GÖTÜRDÜ

Baxış sayı:
5383

Afrində güclü zərbə almaqla vahiməyə düşən terror təşkilatı, daha əvvəl Türkiyəyə dəstəyini açıqlayan tayfa liderlərini girov götürüb.
 
TSQ və ASO “Zeytun Budağı” Hərəkatında 48 gündə 750 kvadrat kilometr sahənin terrorçulardan təmizlənməsi, 3 mindən çox terrorçunun zərərsizləşdirilməsi təşkilatın təlaşını artırıb. YPG/PKK, Afrin şəhər mərkəzindəki dinc əhali üzərindəki basqısını artırıb.
 
TAYFA LİDERLƏRİNİ GİROV ALIRLAR
 
Etibarlı mənbələrdən alınan məlumatlara görə, təşkilat Afrində tayfa liderləri və aparıcı ailələri girov götürür, ya da nəzarətdə saxlayır. Vətəndaşların şəhərdən çıxışına icazə vermir. Terror təşkilatının mülki əhalini qalxan edərək sərt bir məhəllə döyüşlərinə hazırlandığı müəyyən edilib. Bir tərəfdən də Menbiçdən Afrinə mülki görünüşlü terrorçuların keçidləri davam edir. Silahlı nəqliyyatla keçmək istədikləri halda TSQ-nin onları vuracağını bildikləri üçün mülki əhaliyə qarışaraq Afrinə girdikləri qeyd olunub. Əsəd rejiminə bağlı İranın dəstəklədiyi Şiə milislərinin də Afrinə fərqli nöqtələrdən və mülki əhaliyə qarışaraq keçdiyi bildirilir.
Dünən Türk reaktivlərinin vurduğu Cinderesində isə qəsəbənin mərkəzinə doğru məhəllə döyüşləri başlayıb. Afrinin şimal şərqində isə Əsəd rejiminə bağlı Şiə milislərinin girməyə çalışdığı Kefer Cenne kəndi də terrorçulardan təmizlənib, buradakı terror düşərgəsi ələ keçirilib. Həmçinin dünən Meydanköy Bəndi ilə Cinderesinə hakim strateji bir təpədə nəzarət təmin olunub. Afrin mərkəzinin hər an müşahidə altında tutulduğu və terrorçuların xəndək qazdığı öyrənilib.
Müxalifət.az