Terror təşkilatı İŞİD-in arsenalında İSRAİL SİLAHLARI TAPILDI

Baxış sayı:
5134

Bəşşar Əsəd ordusunun Deyr ez-Zorda həyata keçirdiyi əməliyyatlarda İŞİD-in anbarlarında kimyəvi və İsrail mənşəli silahların tapıldığı bildirilib.
 
Əsəd qüvvələrinə bağlı hərbi mənbələrin Dəməşq rejiminin xəbər agentliyi “SANA”-ya bildirdiyinə görə, Deyr əz-Zor rayonundakı Meyadin bölgəsində terror təşkilatı İŞİD əleyhinə əməliyyatlar davam edir.
Əməliyyatlarda ələ keçirilən bölgələrdə axtarış fəaliyyətləri aparıldığı zaman terror təşkilatına aid bəzi anbarlarda İsrail istehsalı olan silahların aşkar olundu qeyd olunub.
Mövzu ilə bağlı görüntüləri paylaşan Əsəd qüvvələri, həmçinin İŞİD anbarlarında silah istehsalında İstifadə edilmək üçün hazırlanan kimyəvi və zəhərli maddələrin olduğu da bildirilib.
Müxalifət.az